Ötən gün "Beşiktaş"dan azad agent kimi ayrıldığı açıqlanan Erik Bayi karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Fil Dişi Sahili millisinin üzvü "Vilyarreal"la anlaşıb.
La Liqa təmsilçisinin baş məşqçisi Marselino Qarsiya Torralın şəxsən komandada görmək istədiyi 29 yaşlı müdafiəçinin şəxsi müqaviləsi demək olar ki, razılaşdırılıb. Bayi "Vilyarreal"da “Milan”ın icarədən geri çağırdığı Matteo Qabbyanı əvəz edəcək.
29 yaşlı müdafiəçi bu ilin yayında "Mançester "Yunayted"dən "Beşiktaş"a keçmişdi. O, İstanbul klubunda cəmi 8 oyuna çıxıb.
Qeyd edək ki, Erik Bayi 2015-2017-ci illər aralığında "Vilyarreal"da çıxış edib.
Mirağa