"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Braziliya millisinə baş tutmayan təyinatını şərh edib.
Fanat.Az xəbər verir ki, "Madrid Xtra" italyan mütəxəssisin dediklərini belə çatdırıb.
“Bütün dünya bilir ki, mənim Braziliya Futbol Konfederasiyasının keçmiş prezidenti (Ednaldo Rodriges - red.) ilə əlaqələrim olub. Mən bununla fəxr edirəm. Amma sinradan danışıqlara fasilə verildi. Çünki biz "Real Madrid"in nə deyəcəyini gözləyirdik. Anlayışla qarşıladığı üçün ona minnətdaram. Sonda hər şey istədiyim kimi oldu: mən burada qaldım”.
Ançelotti ötən həftə "Real"la müqaviləsini 2026-cı ilin yayına qədər uzadıb. O, daha əvvəl 2013-2015-ci illərdə komandaya rəhbərlik edib, 2021-ci ilin yayında isə yenidən Madridə qayıdıb. İki dövrədə məşqçi ümumilikdə 10 kubok qazanıb.
Mirağa