"Milan"ın baş məşqçisi Stefano Piolini hansı mütəxəssisin əvəzləyəcəyi ilə bağlı daha bir məlumat yayılıb.
Fanat.Az "Sportitalia"ya istinadən xəbər verir ki, "qırmızı qaralar"ın rəhbərliyi yalnız bir namizəd üzərində dayanıb.
Xəbərə görə, "Brayton"un baş məşqçisi Roberto De Dzerbini yola gətirə bilməyən milanlılar komandanın "Bolonya"nın çalışdırıcısı Tyaqo Mottaya tapşırılmasını riskli addım sayırlar. Mənbə İtaliya nəhənginn idarəçilərinin hazırda Antonio Konte variantı üzərində işlədiklərini vurğulayıb.
Xatırladaq ki, Kontenin son iş yeri ötən il tərk etdiyi "Tottenhem" olub.