"Əl-Əhli"nin hücumçusu Robeto Firmino karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Fanatik" yayıb.
Xəbərə görə, "Fənərbaxça" 32 yaşlı oyunçunu heyətinə qatmaq istəyir.
Qeyd edək ki, Firmino cari mövsüm "Əl-Əhli" forması ilə 19 matçda 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Nahid Məmmədov