"Arsenal"ın baş məşqçisi Mikel Arteta qış transfer dönəmində 3 mövqeyə transfer edilməsini istəyib.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Times" yayıb.
Xəbərə görə, ispaniyalı çalışdırıcının müdafiə, yarımmüdafiə və hücum xəttini gücləndirmək istədiyi bildirilib.
Qeyd edək ki, "Arsenal" hazırda 20 turdan sonra 40 xalla 4-cü pillədə qərarlaşıb.
Nahid Məmmədov