İtaliyanın "Yuventus" klubu yeni müdafiəçi transfer etməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist Santi Aruna yayıb.
Xəbərə görə, Turin təmsilçisi "Lill"in futbolçusu Tyaqu Calo ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Mənbə "qoca sinyora"nın bu transferi mümkün qədər tez reallaşdırmaq istədiyini və Calonun klubuna 3,5 milyon avro təklif etdiyini vurğulayıb.
Qeyd edək ki, 23 yaşlı Calo 2019-cu ildən "Lill"in formasını geyinir. Xaçvari diz bağları qopduğu üçün uzun müddət yaşıl meydanlardan kənarda qalan portuqaliyalı cari mövsüm 1 oyuna da çıxmayıb.