"Real Madrid"in futbolçusu Arda Gülərin iş yerini dəyişəcəyi ilə bağlı məlumatlar yayılıb.
Fanat.Az "Fichajes" ə istinadən xəbər verir ki, "Vilyarreal" qış transfer dönəmində gənc ulduzu icarəyə götürmək istəyir.
Xəbərə görə, "Kral klubu" türk yarımmüdafiəçinin icarəyə verilməsi ilə bağlı hələ qərarını qətiləşdirməyib.
Qeyd edək ki, 18 yaşlı Arda İspaniya nəhənginə bu yay "Fənərbağça"dan transfer olunub.
Nahid Məmmədov