"Bayern Münhen"in hücumçusu Harri Keyn "Tottenhem"in daha bir futbolçusunun Almaniya nəhənginə keçməsində şəxsən maraqlıdır.
Fanat.Az xəbər verir ki, məlumatı "Bayern & Germany" yayıb.
Xəbərə görə, Keyn Hotspur təmsilçisinin 29 yaşlı müdafiəçisi Erik Dayerin "Bayern"ə transferinin kluba böyük fayda verəcəyini düşünür və bu barədə həm rəhbərlik, həm də baş məşqçi Tomas Tuxellə danışıb. Mənbə ingilis hücumçunun sabiq komanda yoldaşı ilə də əlaqə saxladığını vurğulayıb.
Qeyd edək ki, Keynlə Dayer 2014-2023-cü illər aralığında "Tottenhem"də komanda yoldaşı olublar.