Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” Tailand çempionatında növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, sözügedən komanda 6-cı turdan təxirə salınmış oyunda “Banqkok Yunayted”lə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Şeydayev bu matçın iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də daxil edilməyib.
“Buriram Yunayted” hazırda 30 xalla 2-ci pillədə qərarlaşıb.