"Liverpul"un müdafiəçisi Cozef Qomes cari mövsüm qarşıya qoyduqları hədəflərdən danışıb.
Fanat.Az xəbər verir ki, o, fikirlərini "qırmızılar"ın rəsmi saytına bölüşüb:
"Bu mövsüm maksimum nəticə qazanmağı hədəfləmişik. Hər oyuna qələbə üçün çıxırıq. Əlbəttə, uğura aparan yol həmişə hamar olmur. Ötən mövsüm buna bir daha şahidlik etdik, çətin dönəmlərdən dərs çıxardıq. Qısası, bu ruhda davam etməliyik. Mövsümün sonunda istəyimizin bizi hara aparacağını görəcəyik".
Qeyd edək ki, 20 tura 45 xal toplayan "Liverpul" İngiltərə Premyer Liqasının turnir cədvəlində 1-ci pillədə mövqe tutub.