Dortmund "Borussiya"sı "Mançester Yunayted"in vingeri Ceydon Sançonu mövsümün sonuna qədər icarəyə götürüb.
Fanat.Az xəbər verir ki, alman nəhənginin baş məşqçisi Edin Terzix "Sport.be"-yə açıqlamasında ingilisdən dərhal ən yaxşı keyfiyyətlərini göstərməyi tələb edib:
"Biz ona nəyə qadir olduğunu göstərmək üçün daha bir şans verməyə hazırıq. Amma o, burada gününü keçirməməlidir. Mənim ona veriləsi vaxtım yoxdur. Onun bura gəlib daha çox şey istəməsinə imkan yoxdur. Tez bir zamanda uğunlaşmalıdır".
Qeyd edək ki, Sanço 2021-ci ilin yayında 85 milyon avroya "Borussiya"dan "Mançester Yunayted"ə keçib. O, baş məşqçi Erik ten Haqla fikir ayrılığı səbəbindən ötən ilin avqustundan mankunianlıların heyətində oynamayıb.
Mirağa