Lionel Messinin komandasının - MLS təmsilçisi "İnter Mayami"nin səfərdə “Los-Anceles Qelaksi” ilə keçirəcəyi oyunda anşlaq gözlənilir.
Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, satışa çıxarılandan 6 dəqiqə sonra bütün biletlər alınıb .
Satışlar yanvarın 11-də başlayıb və cəmi 360 saniyə davam edib. Yalnız ön cərgə üçün biletlər qalıb ki, onların da qiyməti 1500 dollardır.
Qeyd edək ki, matç fevralın 6-da olacaq. Daha əvvəl "Sportinq Kanzas Siti" Messiyə görə "İnter Mayami"yə qarşı keçirəcəyi oyunun stadionunu dəyişib.