PSJ klubu ulduz hücumçusu Kilian Mbappe ilə müqavilənin müddətini uzada bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Lequipe" yayıb.
Mənbənin məlumatına görə, futbolçu klubun ofisində prezident Nasser Əl-Xelaifi ilə təxminən bir saat danışıb. Mbappenin PSJ-nin irəli sürdüyü yeni şərtlərlə maraqlandığı bildirilir.
Bu mövsüm Mbappe Paris nəhənginin heyətində bütün turnirlərdə 23 oyun keçirib, 24 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2023/24 mövsümünün sonuna qədər qüvvədədir.
Mirağa