"Barselona" rəhbərliyi dünən İspaniya Superkubokunun finalında "Real"a məğlubiyyətdən (1:4) sonra baş məşqçi Xavi Hernandezin gələcəyi ilə bağlı qərar verib.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport" yayıb.
Mənbənin məlumatına görə, prezident Joan Laporta və "Barselona"nın digər rəhbər şəxsləri klubdaxili toplantıda hələ də Xaviyə güvəndiklərini, mütəxəssisi tutduğu vəzifədən uzaqlaşdırmağın tələsik addım olacağını bildiriblər.
Xatırladaq ki, “Barselona” hazırda İspaniya çempionatının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Fevralda komanda Çempionlar Liqasının 1/8 finalının ilk oyununu İtaliyanın “Napoli” komandasına qarşı keçirəcək.
Mirağa