İspaniya La Liqası mövsümün ilk yarısının rəmzi yığmasını təqdim edib.
Fanat.Az xəbər verir ki, simvolik komandada Simon Unay (qapıçı, "Sevilya"), Dieqo Riko (müdafiəçi, "Xetafe"), Deyli Blind (müdafiəçi, "Jirona"), Antonio Rüdiger (müdafiəçi, "Real Madrid"), Joau Kanselu (müdafiəçi, "Barselona"), İsko (yarımmüdafiəçi, "Real Betis"), Cud Bellingem (yarımmüdafiəçi, "Real Madrid"), Aleş Qarsiya (yarımmüdafiəçi, "Jirona"), Brayan Saraqosa (hücumçu, "Qranada"), Anruan Qrizmann (hücumçu, "Atletiko Madrid") və İnyaki Uilyams (hücumçu, "Atletik Bilbao") yer alıblar.
Xatırladaq ki, hazırda La Liqanın turnir cədvəlinə 49 xalı olan "Jirona" başçılıq edir. "Real" 48 xalla 2-ci pillədə qərarlaşıb.