Xavi "Barselona"dan yaxın bir həftədə qovula bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Cadena Ser" yayıb.
Xəbərə görə, Kataloniya təmsilçisinin prezidenti Joan Laporta 43 yaşlı mütəxəssisi dəstəkləsə də, qarşıdakı 2 oyun Xavi üçün həlledici olacaq. Mənbə cümə axşamı "Unionistas Salamanka" ilə İspaniya Kubokunun 1/8 final mərhələsində keçiriləcək görüşün, eləcə də yanvarın 21-də "Real Betis"lə çempionat oyununun nəticələrinin əsas götürüləcəyini vurğulayıb. Bu qarşılaşmalarda "Barsa" uğursuz nəticəyə imza atacağı təqdirdə, baş məşqçinin istefaya göndəriləcəyi diqqətə çatdırılıb.