"Barselona"nın müdafiəçisi Ronald Arauxo karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.
Mənbənin məlumatına görə, 24 yaşlı oyunçu "Mançester Yunayted"in maraq dairəsindədir.
İngiltərə nəhəngi futbolçunu transfer etməkdə maraqlı olan "Bayern Münhen"lə rəqabət aparacaq.
Lakin qışda bu transferin həyata keçirilməsi çətin olacaq. Çünki kataloniyalılar uruqvaylını toxunulmaz futbolçular siyahısına əlavə edib .
Bu mövsüm 24 yaşlı müdafiəçisi bütün turnirlərdə 20 oyun keçirib və 1 qol vurub.
Mirağa