Argentina millisinin və "İnter Mayami"nin superulduzu Lionel Messinin FİFA-nın "Teh Best" tədbirinə - 2023-cü ilin ən yaxşı oyunçusu adına layiq görüldüyü mərasimə qatılmamasının səbəbi açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən jurnalist Gilyem Balaqe yayıb.
Xəbərə görə, argentinalı hücumçu "İnter Mayami"nin sıralarında yeni mövsümə daha yaxşı hazırlaşa bilmək üçün məşqlərdən kənarda qalmaq istəməyib. Mənbə 36 yaşlı Leonun çalışmalara ifrat məsuliyyətlə yanaşdığını və forma yığmağı hər şeydən üstün tutduğunu bildirib.
Xatırladaq ki, "The Best"in mükafatlandırma mərasimi dünən keçirilib.