İstefaya göndərilməsi gündəmdə olan Xavini "Barselona"nın baş məşqçisi postunda kimin əvəzləyəcəyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən ispan jurnalist Fransua Qallardo yayıb:
"Miçel mənə dedi ki, növbəti mövsümdə "Barselona"nın baş məşqçisi olacaq. O, artıq "blauqrana"nın idarəçiləri ilə 3 dəfə görüşüb və tərəflər razılaşıblar".
Xatırladaq ki, Miçel hazırda digər Kataloniya təmsilçisi "Jirona"nın baş məşqçisidir. 20 tura 49 xal toplayan "Jirona" La Liqanın turnir cədvəlinə başçılıq edir. 48 yaşlı mütəxəssisin indiki klubu ilə müqaviləsinin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.