Zəif nəticələrə görə "Roma"dan istefaya göndərilən Joze Mourinyunun İtaliya nəhəngindən aldığı təzminatın məbləği bilinib.
Fanat.Az "A Bola"-ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis müqaviləsinə vaxtından əvvəl xitam verildiyi üçün "qurdlar"dan 3,7 milyon avro alıb.
Karyerasında artıq altıncı dəfə erkən istefaya göndərilən Mourinyu bundan əvvəl iki dəfə “Çelsi”dən, həmçinin “Real Madrid”, “Mançester Yunayted” və “Tottenhem”dən qovulub. O, aldığı təzminat sayəsində təxminən 100 milyon avro qazana bilib.
"Çelsi"dən ilk gedişində və "Real"dan qovulanda 20 milyon alan Joze London klubundan ikinci vidalaşma üçün daha 10 milyon qoparıb. "Tottenhem" isə portuqala 17 milyon ödəyib.
Mourinyu vaxtından əvvəl ayrılmasına görə ən çox təzminatı “Mançester Yunayted”dən qazanıb – 23 milyon avro. Beləliklə, Mour karyerası ərzində müqavilə müddəti bitməmiş komandaları tərk etdiyinə görə 93,5 milyon alıb.
Cari A Seriyasının 20 turundan sonra "Roma" Çempionlar Liqası zonasından cəmi 5 xal geridə olmaqla 9-cu yerdədir.
Mirağa