Misir millisinin baş məşqçisi Ruy Vitoriya Afrika Millətlər Kubokunun qrup mərhələsinin 2-ci turu çərçivəsində keçirdikləri matçın - Qana ilə oyunun (2:2) ilk yarısının sonlarında əvəzlənən Məhəmməd Salahın zədəsindən danışıb.
Fanat.Az xəbər verir ki, "Mirror" onun dediklərini belə çatdırıb:
"Hələ problemin nədə olduğunu bilmirik. Ümid edirəm ki, ciddi bir şey yoxdur. Düşünürəm ki, belədir, amma real durumu dəqiq öyrənmək üçün bir qədər gözləmək lazımdır".
Xatırladaq ki, Afrika Millətlər Kuboku Fil Dişi Sahilində keçirilir. Yanvarın 13-də başlayan yarış fevralın 11-nə qədər davam edəcək.