"Barselona"nın futbolçusu Oriol Romeu karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb.
Xəbərə görə, ispaniyalı yarımmüdafiəçi "Beşiktaş" ın maraq dairəsindədir. İstanbul klubunun rəsmiləri Kataloniya təmsilçisi ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Romeu cari mövsüm "Barselona" forması ilə 21 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nahid Məmmədov