Qış transfer dönəmində heyətini gücləndirməyi hədəfləyən "Mançester Yunayted" gözlənilməz qərar qəbul edib.
Fanat.Az xəbər verir ki, məlumatı "The Sun" yayıb.
Xəbərə görə, "qırmızı qeytanlar" Kərim Benzema ilə danışıqları dayandırıb. Buna səbəb Premyer Liqa təmsilçisinin maliyyə feyr-pleyi qaydalarını pozmaq istəməməsidir.
Qeyd edək ki, ötən ilin yayında "Real Madrid"dən ayrılaraq "Əl-İttihad"la azad agent qismində müqavilə bağlayan Benzema indiki klubunun forması ilə 24 matça çıxıb. Bu qarşılaşmalarda 15 qol vuran Əlcəzair əsilli fransalı 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Nahid Məmmədov