Bazar günü Portuqaliya çempionatında 21-ci turun görüşləri keçirilib.
Fanat.Az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" da növbəti oyununa çıxıb.
Sözügedən kollektiv "Moreyrense"yə 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu Abel Ruiz vurub.
"Qarabağ"ın rəqibi topladığı 40 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.