Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Qəbələ" "Araz-Naxçıan"la qarşılacaq. Muxtar Respublika təmsilçisini qəbul edəcək "qırmızı-qaralar" görüşə itkilərlə çıxacaqlar.
Bunu Fanat.Az-a açıqlamasında meydan sahiblərinin sözçüsü Asəf Zeynallı deyib:
"Bauk Klesio və Ahmed Ayzaya oyunu buraxacaqlar. Hər iki oyunçu bərpa prosesi keçir. Cəzalı duruma düşən isə Lukas Afrikodur. O, "Araz-Naxçıvan" la ilk oyunda qırmızı vərəqə alıb".
Qeyd edək ki, tərəflərin ilk qarşılaşması 1:1 hesabı ilə yekunlaşıb. Sabah reallaşacaq "Qəbələ"- "Araz-Naxçıvan" görüşü 16:00-da start götürəcək.
Nahid Məmmədov