PSJ-nin baş məşqçisi Luis Enrike Fransa klubunun azarkeşlərini Çempionlar Liqasının 1/8 finalında İspaniya "Real Sosyedad"ı ilə qarşıdakı oyundan əvvəl narahat olmamağa çağırıb.
Fanat.Az xəbər verir ki, ispan çalışdırıcı bu barədə “Mundo Deportivo”ya danışıb.
“Çempionlar Liqası ilə bağlı çox gərginlik görürəm. Halbuki, söhbət rəqabətdən həzz almaqdan getməlidir.
Artıq iki həftədir ki, televiziyada yalnız Çempionlar Liqasından danışılır! Sakit olun! Komanda ÇL matçında mükəmməl vəziyyətdə olacaq, uşaqlar oyuna hazırdırlar”.
Xatırladaq ki, PSJ - "Real Sosyedad" matçı fevralın 14-də Parisin "Park des Princes" stadionunda baş tutacaq. Hakimin start fiti Bakı vaxtı ilə saat 00:00-da səslənəcək.