Fevralın 10 və 11-də Asiya Kuboku ilə Afrika Millətlər Kubokunun final oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Asiyanın ən yaxşı komandası İordaniyaya 3:1 hesabı ilə qalib gələn Qətər komandası olub.
Fil Dişi Sahili isə kubok uğrunda həlledici görüşdə Nigeriyaya 2:1 hesabı ilə qalib gələrək Afrika qitəsinin ən güclüsü adını qazanıbb.
Qətər komandası qalib kimi 5 milyon dollar pul mükafatı qazanıb, Fil Dİşi Sahili kollektivi isə 7 milyon dollarlıq çek alıb.
Asiya Kuboku üçün pul mükafatı:
Qətər - 5 milyon dollar
İordaniya - 3 milyon dollar
Cənubi Koreya/İran – 1 milyon dollar
Afrika Millətlər Kuboku üçün pul mükafatı:
Fil Dişi Sahili - 7 milyon dollar
Nigeriya - 4 milyon dollar
Cənubi Afrika Respublikası/Konqo – 2,5 milyon dollar