"Mançester Siti"nin hücumçusu Erlinq Holand Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Kopenhagen" üzərində qazandıqları qələbəyə (3:1) münasibət bildirib.
Fanat.Az xəbər verir ki, norveçli hücumçu şəxsi "X" hesabında belə yazıb:
"Yolun yarısı keçildi. Evdə - "Etihad"da görüşərik".
Xatırladaq ki, "Mançester Siti" - "Kopenhagen" qarşılaşması martın 6-da keçiriləcək.