Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "İnter" evdə "Atletiko Madrird" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Fanat.Az xəbər verir ki, "Corriere dello Sport" bu qarşılaşmada "İnter" in təcrübəli yarımmüdafiəçisinin - Hakan Çalhanoğlunun performansını dəyərləndirib:
"O, "Atletiko Madrird"ə qarşı mövsüm ərzində ən zəif oyununu göstərdi. Hakan normalda belə oyunçu deyil. Kokenin rəqib komandanın sıralarında işini inamla görməsi Çalhanoğlunun zəif çıxışına haqq qazandıra bilməz".
Qeyd edək ki, Çalhanoğlu cari mövsüm "İnter" forması ilə Çempionlar Liqasında 5 matça çıxaraq 1 qol vurub.
Nahid Məmmədov