"Roma"nın yarımmüdafiəçisi Brian Kristante baş məşqçi Joze Mourinyunun klubun əfsanəsi Daniele De Rossi ilə əvəzlənməsindən danışıb.
Fanat.Az xəbər verir ki, "Goal" onun dediklərini belə çatdırıb:
"Danielenin komandaya təqdim edilməsinə ehtiyac olmadı. Belə çətin durumda "Roma"nı çalışdırmağa qərar vermək asan addım deyildi. Heyətdəki futbolçular arasında onunla eyni dönəmdə oynayanlar var. De Rossi istənilən halda, bizimlə dil tapmağı bacarır. Biz komandanın inkişafından, gündən-günə artırmasından razıyıq. Rəhbərliyin Mourinyu ilə yolları ayırmaq qərarının doğru olduğu isbatlandı. Biz çox şeyi anladıq".
Xatırladaq ki, 2021-ci ilin yayından "Roma"nı çalışdıran Mourinyu bu ilin yanvarında istefaya göndərilib.