Amerikanın MLS liqasında yeni mövsüm start götürüb.
Fanat.Az xəbər verir ki, açılış oyununda Lionel Messinin formasını geyindiyi "İnter Mayami" "Real Solt-Leyk"lə qarşılaşıb.
Görüş "İnter Mayami"nin inamlı qələbəsiylə başa çatıb - 2:0.
Əvvəlki günlərini xatırladan Messi komandasının ilk qolunda məhsuldar ötürmə edib.