"Real Madrid"in alman yarımmüdafiəçisi Toni Kroos milli karyerasını bərpa etdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, 34 yaşlı futbolçu sosial şəbəkə hesablarında bu barədə paylaşım edib:
"Martdan etibarən yenidən Almaniya yığmasında oynayacam. Niyə? Çünki baş məşqçi xahiş etdi. Buna hazıram və əminəm ki, Avropa çempionatında azarkeşlərimizin bizdən gözlədiyindən daha artığını edə bilərik".
Kroos 11 il (2010-dan 2021-ə qədər) ölkəsinin yığmasında çıxış edib. Bu müddət ərzində 106 matçda iş başında olan orta xətt oyunçusu 17 qol vurmağa imkan tapıb. O, məlum pandemiya səbəbindən 2021-ci ildə keçirilən AÇ-2020-dən sonra milli ilə vidalaşmışdı.