"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola az oynatdığı Cek Qrilişlə bağlı vəziyyətə aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, "talkSPORT" ispaniyalı mütəxəssisin dediklərini belə çatdırıb:
"Mən ilk gündən demişəm ki, Cek yüksək keyfiyyətlərə malik oyunçudur və bizə lazımdır. Hə, bizə lazımdır, amma hər şey özündən asılıdır. Ümid edirəm ki, mövsümün qalan üç ayında nəyə qadir olduğunu ortaya qoya biləcək".
Qeyd edək ki, cari mövsüm "şəhərlilər"in forması ilə bütün turnirlərdə 26 oyuna çıxan Qriliş 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.