"Barselona"nın zorlamada təqsirli bilinərək 4,5 illik həbs cəzasına məhkum edilən Dani Alveslə bağlı qərarı bəlli olub.
Fanat.Az xəbər verir ki, məlumatı "Sport.es" yayıb.
Mənbə Kataloniya təmsilçisinin sabiq müdafiəçini klubun əfsanəsi statusundan məhrum etdiyini açıqlayıb. Xəbərə görə, İspaniya nəhənginin idarəçiləri Alvesin günahsız ola biləcəyindən ehtiyatlanaraq məhkəmə son qərarı elan edənə qədər gözləyiblər.
Xatırladaq ki, Barselonada yerləşən "Satton" adlı gecə klubunda 23 yaşlı qıza seksual təcavüz edən "sambaçı" dəmir barmaqlıqlar arasına yollanmaqla yanaşı, zərərçəkənə 150 min avro da ödəyəcək.