"Barselona"nın futboçusu İlkay Gündoğan karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Takvim" yayıb.
Xəbərə görə, təcrübəli yarımmüdafiəçi "Qalatasaray"ın diqqət mərkəzindədir. İstanbul nəhəgi futbolçunun maaşının yarısını ödəmək şərti ilə onu icarəyə götürmək istəyir.
"Transfermarkt" onun dəyərini 18 milyon avro qiymətləndirir.
Qeyd edək ki, sözügedən oyunçunun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq.
Nahid Ustaclı