İngiltərə Kubokunun 1/8 final mərhələsinin oyununda - "Mançester Yunayted"in "Nottingem Forest"i 1:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada futbolçular arasında insident yaşanıb.
Fanat.Az xəbər verir ki, matçın sonlarında "məşəbəyilər"in müdafiəçisi Felipe Monteyro "qırmızı şeytanlar"ın kapitanı Brunu Fernandeşin boğazından tutub.
Oyunun hakimi Kris Kavana "Nottingem Forest"in bu hərəkətini qayda pozuntusu kimi dəyərləndirməyib.
Maraqlıdır ki, ötən mövsüm oyun zamanı rəqibə qarşı eyni hərəkəti edən Kazemiro qırmızı vərəqə almış, ardından isə 3 oyunluq diskvalifikasiya edilmişdi.