"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba dopinq testi müsbət nəticələndiyi üüçn uzun müddətə futboldan uzaqlaşdırılıb.
Fanat.Az xəbər verir ki, məlumatıu "Tuttosport" yayıb.
Xəbərə görə, fransalı futbolçu 4 il yaşıl meydanlardan kənarda qalacaq.
2023-cü ilin oktyabrında Turin təmsilçisinin yarımmüdafiəçinin nümunəsində həddindən artıq yüksək testosteron səviyyəsi aşkar edilmişdi. Daha öncə “Yuventus”un diskvalifikasiyası rəsmiləşəcəyi təqdirdə, Pol ilə müqaviləni birtərəfli qaydada pozacağı barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, Poqba 2022-ci ilin yayından köhnə-yeni komandası “Yuventus”da idi.