"Əl-Nəsr"ın hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanın Pro Liqasında "Əl-Şabab" üzərində qələbədən (3:2) sonra azarkeşlərə nalayiq jest etdiyi üçün cəzalanıb.
Fanat.Az xəbər verir ki, məlumatı "BBC Sport" yayıb.
Xəbərə görə, sözügedən ölkənin futbol federasiyası portuqaliyalı superulduz haqda 30 min Səudiyyə rialı (7,383 avro ) cərimə və bir oyunluq diskvalifikasiya qərarı qəbul edib.
Ronaldu cari mövsüm "Əl-Nəsr"in heyətində 22 liqa oyununda 20 qol vurub.
Nahid Ustaclı