"Napoli"ninyarımmüdafiəçisi Xviça Kvaratsxeliya cari Çempionlar Liqasında driblinqlərin sayına görə liderdir.
Fanat.Az xəbər verir ki, bu barədə "Opta Sports" hesabat yayıb.
Xəbərə görə, gürcü vinger 29 uğurlu cəhd edib. Leroy Sane (Bayern), Kilian Mbappe (PSJ) və Ceremi Doku (Mançester Siti) isə 28 driblinq edib. İlk "5-liy"i 24 dəfə uğurla driblinq edən "Barselona"lı Jouo Kanselu tamamlayır.
Qapıya zərbələrlə nəticələnən ötürmələrinin sayına görə isə lider PSV-nin sağ cinah oyunçusu Yohan Bakayokodur - 19. İlk "5-liy"ə həmçinin "Real"ın yarımmüdafiəçisi Cud Bellingem (17), PSJ-nin müdafiəçisi Əşrəf Hakimi (hər ikisi 17), Kvaratsxeliya (16) və Mbappe (15) daxildir.