"Qalatasaray" müdafiəçisi Davinson Sançesin şərəfini qoruduğu Kolumbiya yığmasının düşərgəsinə yollanmasına icazə verməyib.
Fanat.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbul nəhəngi 27 yaşlı futbolçunun zədəli olduğunu bəyan edib.
Xəbərə görə, "aslanlar" oyunçunun durumu ilə bağlı Kolumbiya Futbol Federasiyasını məlumatlandırıb.
Qeyd edək ki, Kolumbiya yığması martın 22-də İspaniya, 26-da isə Rumıniya ilə yoldaşlıq görüşləri keçirəcək. Sançes cari mövsüm "Qalatasaray" forması ilə 27 matça çıxaraq 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.