"Bayern Münhen" rəhbərliyi "Barselona"nın müdafiəçisi Ronald Arauxonu sıralarına cəlb etmək arzusundan vaz keçməyib.
Fanat.Az xəbər verir ki, bu barədə son məlumatı "Mundo Deportivo" yayıb.
Xəbərə görə, uruqvaylı futbolçu Almaniya nəhənginin əsas transfer hədəfidir və Münhen təmsilçisinin idarəçiləri onu cari mövsümün sonunda 100 milyon avro qarşılığında heyətə qata biləcəklərinə əmindirlər. Mənbə "Bayer"in Arauxonu rənglərinə bağlamaq üçün bir neçə futbolçusunu satmağı da nəzərdən keçirdiyini vurğulayıb.
Qeyd edək ki, Ronald 2018-ci ildən "Barselona"nın strukturundadır. Cari "futbol ili"ndə "blauqrana" forması ilə bütün turnirlərdə 30 matça çıxan cənubi amerikalı müdafiəçi 1 qol vurub. Onun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalı Arauxonun transfer qiymətini 70 milyon avro ilə dəyərləndirir.
Nihat