"Atletiko Madrid"in hücumçusu Alvaro Morata İspaniya La Liqasının 29-cu turu çərçivəsində bu gün "Barselona"ya qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Cadena Ser" onun dediklərini belə çatdırıb:
"Ümid edirəm ki, Joau Feliks üçün uğursuz gün olacaq. Ancaq azarkeşlərimizin Feliksə hörmət etdiklərinə də əminəm. O, "Barselona"da icarə əsasında oynasa da, hələ də klubumuzun bir parçasıdır. Gələcəkdə nə olacağını isə bilmirik".
Qeyd edək ki, "Atletiko"nun meydanında baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə 00:00-da səslənəcək.
Nihat