Türkiyə Super Liqasının 30-cu turunda "Fənərbağça"nın "Trabzonspor"u 3:2 hesabı ilə məğlub etdiyi matçın yekununda qalmaqal yaranıb.
Fanat.Az xəbər verir ki, Trabzon azarkeşləri oyunun final fiti səsləndikdən sonra meydana daxil olaraq qələbəni qeyd edən İstanbul təmsilçisinin futbolçularına hücum ediblər.
“Trabzonspor” tərəfdarları ilə “Fənərbağça” oyunçuları arasında çıxan davaya təhlükəsizlik qüvvələri müdaxilə edib.
Qeyd edək ki, hazırda "Fənərbağça" 79 xalla ikinci pillədə qərarlaşıb. "Trabzonspor" isə 49 xalla üçüncü sıradadır.
Nahid Ustaclı