"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq İngiltərə Kubokunun 1/4 finalında "Liverpul" üzərində qazandıqları qələbədən (4:3) danışıb.
Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssisin 120 dəqiqə davam edən qarşılaşmadan barədə dediklərini "Sky Sports" belə çatdırıb:
"Bu, ən yaxşı qələbəmdirmi? Mənim daha bir neçə parlaq qələbələrim olub. "Liverpul"u məğlub etmək bizə özünəinam, yeni enerji verdi. "Liverpul"u üstələyə bilmişiksə, istənilən rəqibin öhdəsindən gələrik".
Qeyd edək ki, İngiltərə Kubokunun yarımfinalında MY "Koventri Siti" ilə qarşılaşacaq.
Nihat