London “Arsenal”ının üç futbolçusu "Mançester Siti" ilə Premyer Liqa matçında meydana qayıda bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "topçular"ın baş məşqçisi Mikel Arteta oyunöncəsi mətbuat konfransında deyib.
Tanınmış insayder Fabritsio Romano ispan mütəxəssisin dediklərini belə çatdırıb: “Bukayo Saka, Qabriel Martinelli və Qabriel Maqalyaeşi “Mançester Siti”yə qarşı görmək ehtimalı var. Düzdür, onlar zədələrini sağaltdıqdan sonra hələ məşq etməyiblər. Sabah başqa bir məşqimiz var, orada son durumlarını görəcəyik. İstənilən halda, onların heyətdə olma şansı var”, - deyə Arteta Fabrizio Romanodan sitat gətirir.
Xatırladaq ki, Premyer Liqanın 30-cu turunun “Mançester Siti” – “Arsenal” matçı bazar günü, martın 31-də keçiriləcək.
Mirağa