İsveç çempionatında yeni mövsümün ilk turunun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Musa Qurbanlının komandası “Yurqorden” səfərdə “Göteborq”la qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan parlaq qələbə ilə ayrılıb - 4:1.
Musa oyunun 70-ci dəqiqəsində meydana buraxılıb. Azərbaycanlı hücumçu ilk turda məhsuldarlıq nümayiş etdirə bilməyib.