Azərbaycan millisinin futbolçusu Sertan Taşkının çıxış etdiyi Türkiyənin "Manisa" komandasında baş məşqçi istefası reallaşıb.
Fanat.Az xəbər verir ki, I Liqa təmsilçisi Mustafa Dalcı ilə yollarını ayırıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Manisa" 50 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında vidalaşıb.
Qeyd edək ki, Sertan Taşkın ilin əvvəlində "Manisa"ya keçib.