"Mançester Yunayted"in müdafiəçiləri Viktor Lindelof və Lisandro Martines uzun müddətə sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Lindelof "Brentford"la 1:1 hesablı heç-heçə ilə nəticələnən oyunda bud nahiyəsindən zədələnib. Həmin matçda onu əvəz edən Martines isə baldırından xəsarət alıb. Lisandro 6 həftəlik aradan sonra heyətə dönmüşdü.
Hər iki futbolçunun təxminən bir ay topa toxuna bilməyəcəyi bildirilir.
"Mançester Yunayted"in növbəti oyunu aprelin 4-də səfərdə "Çelsi"yə qarşı olacaq.
Mirağa