“Mançester Siti” Çempionlar Liqasının 1/4 finalında “Real”la matça ciddi itki ilə çıxacaq.
Fanat.Az xəbər verir ki, bunu komandanın baş məşqçisi Xosep Qvardiola yerli mətbuata açıqlamasında deyib.
İspan mütəxəssis Kayl Uolkerin zədə səbəbindən bu vacib matçı buraxacağını deyib. Həkimlər İngiltərə millisinin heyətində Braziliya ilə oyunda zədələnən müdafiəçinin "Real"la oyuna qədər meydana çıxmağa hazır olmayacağını bildirib.
Qeyd edək ki, aprelin 9-da keçiriləcək "Real" - “Mançester Siti” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.