"Napoli"nin cinah hücumçusu Xviça Kvaratsxeliya gələcək karyerası ilə bağlı yekun qərarını verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı "Corriere dello Sport" yayıb.
Mənbə gürcü futbolçunun cari mövsümün sonunda Neapol təmsilçisi ilə müqavilə yeniləyəcəyini bildirib. Xəbərdə "Napoli" rəhbərliyinin Xviça ilə vidalaşmaq istəmədiyi və onun maaşını artırmağa hazır olduğu vurğulanıb.
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 38 matça çıxan Kvaratsxeliya 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Ön xətt oyunçusunun İtaliya klubu ilə indiki müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub. "Transfermarkt" portalı Kvaratsxeliyanın transfer qiymətini 80 milyon avro ilə dəyərləndirir.
Nihat